• cümə axşamı, 18 aprel, 09:18
  • Baku Bakı 12°C

Deputatlara ofislər tikiləcək, köməkçilərinin maaşları artırılacaq

14.11.13 13:17 1231
Deputatlara ofislər tikiləcək, köməkçilərinin maaşları artırılacaq
Milli Məclisdə deputatlara hər bir dairədə ayrıca ofislərin tikilməsi məsələsi qaldırılıb.
Lent. az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin vitse-spikeri, deputat Bahar Muradova çıxış edib.
O deyib ki, bu məsələ ilə əlaqədar ölkə prezidenti İlham Əliyevə müraciət edəcək və məsələnin həllini xahiş edəcək: “Mən bu işin gələn ilə nəzərdə tutulmasını demirəm. Gələn il layihə hazırlana, 2015-ci ildə də həyata keçirilə bilər”.
B. Muradova həmçinin, deputatların nəqliyyat xərclərinin və telefon xərclərinin həll edilməsini də istəyib. Deputat eyni zamanda, deputat köməkçiləri ilə bağlı nəzərdə tutulan maliyyənin də artırılmasını təklif edib: “Mənim artıq səbrim tükənib. Bəzən olur ki, deputat köməkçiləri əllərində papkalarla küçələrdə gəzməli olurlar. Bu gün deputatlara dairələrdə ayrılan ofisləri sabah icra hakimiyyətləri başqa qurumlara verirlər. Deputatların ofisləri ilə bağlı məsələ həllini tapmalıdır. Mən bununla bağlı məsələni qaldırmağı öz üzərimə götürmüşəm”.
Deputat Elmira Axundova da deputat köməkçilərinin maaşlarının artırılması ilə bağlı təklifi dəstəklədiyini qeyd edib. E. Axundova deputat köməkçilərinə hər hansı bir xüsusi status verilməsini təklif edib.
Deputat qeyd edib ki, millət vəkili köməkçiləri 5 ildən sonra həmin şəxs yenidən parlamentə seçilmədikdə işsiz qalır: “Bu problemi də həll etmək lazımdır. Dövlət o şəxslərin işsiz qalmasını aradan qaldırmalıdır”.
E. Axundova deputat köməkçilərinin maaşlarının heç olmasa, 200 AZN qaldırılmasını təklif edib.
banner

Oxşar Xəbərlər