• cümə axşamı, 28 mart, 20:36
  • Baku Bakı 13°C

Deputatlar Statistika Komitəsini tənqid etdilər

20.06.14 12:54 1048
Deputatlar Statistika Komitəsini tənqid etdilər
Milli Məclisin (MM) bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində statistik məlumatlarla bağlı sanksiyaların müzakirəsi zamanı Dövlət Statistika Komitəsinin ünvanına tənqidlər səsləndirilib.
APA-nın məlumatına görə, deputat Bəxtiyar Əliyev bildirib ki, Komitə rəsmi bülletenlərində böyük təhriflərə yol verir.
“Statistika Komitəsi statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Komitənin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər, hər halda belə hallar mövcuddur”, - deyə B. Əliyev qeyd edib.
Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, Dövlət Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Komitənin məlumatı hərdən yanlış olur, hərdən də insanların hissiyyatına toxunan formada verilir”.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda da ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinə bildirəcəyəm, araşdırılacaq”.
banner

Oxşar Xəbərlər