• çərşənbə, 24 Aprel, 14:41
  • Baku Bakı 27°C

Deputatlar Mourinyoya qarşı - Qanlı pul alacaq

14.03.18 12:35 671
Deputatlar Mourinyoya qarşı - Qanlı pul alacaq
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun DÇ-2018-də Rusiya telekanalı RT ilə əməkdaşlıq müqaviləsi bağlaması britaniyalı parlamentarilərin narazılığına səbəb olub.
Kaspi.az xəbər verir ki, parlamentari Krisa Braynt bildirib ki, Mourinyoya ödəniləcək vəsait birbaşa dövlət büdcəsindən ayrılacaq qanlı puldu. Leyborist Stiven Douti də Jozeni günahlandırıb:
"Məşhur idmançılar, məşqçilər, şərhçilər yaxşı-yaxşı düşünməlidirlər. Onlar Putinin təbliğat maşınının bir hissəsi olmamalıdırlar”.
Sabiq kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsindən sonra İngiltərə siyasətçiləri Rusiyada keçiriləcək dünya çempionatının boykot olunmasına çağırış ediblər.
banner

Oxşar Xəbərlər