• çərşənbə axşamı, 16 aprel, 11:18
  • Baku Bakı 14°C

Deputatlar Misir Mərdanovu tənqid etdilər

24.05.13 10:46 1835
Deputatlar Misir Mərdanovu tənqid etdilər
Milli Məclisin (MM) bugünkü iclasında bəzi deputatlar tərəfindən ölkənin təhsil sistemi tənqid olunub.
Femida.az-ın xəbərinə görə, deputatlardan Zahid Oruc və İqbal Ağazadə müəyyən tənqidi fikirlər səsləndirərək konkret təkliflər irəli sürüblər.
MM-in sədri Oqtay Əsədov isə deyib ki, heç kim vəzifədə ömürlük olmur, Misir Mərdanov da uzun illər nazir postunda çalışıb: "Heç kimin dalınca danışmayaq…”
Bu zaman deputat İqbal Ağazadə ona söz verilməmiş danışaraq narazılıq edib. MM-in sədri O.Əsədov isə ona söz veriləndə danışmağı məsləhət görüb: "Siz danışanda mən danışmırdım. Bu nə hərəkətdir replika atırsız… Mən hamıdan çox replika atmaq imkanına malikəm”.
banner

Oxşar Xəbərlər