Deputatlar geri çəkildi, qanun qəbul edilməyəcək
Peru parlamenti futbolla bağlı qanun layihəsini qəbul etməyəcək.
Kaspi.az xəbər verir ki, parlament yığma komandanın dünya
çempionatından uzaqlaşdırıla biləcəyini əsas götürərək, qanunun qəbulundan
imtina edib.
Konqresmen Paloma Nosedo Peru Futbol Federasiyasının dövlətin
nəzarətinə keçməsi ilə bağlı qanun layihəsi hazırlamışdı. Amma FİFA qaydalarına
görə, hakimiyyətin federasiyanın işinə müdaxiləsi qadağandı.
Qanun qəbul edilsəydi, Peru FİFA-dan çıxarılacaq, yığma komanda isə
mundialdan uzaqlaşdırılacaqdı.
Peru 5-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Bu ölkə sonuncu dəfə DÇ-1982-nin iştirakçısı olmuşdu.
Peru pley-offda Yeni Zelandiyaya qalib gələrək (0:0, 2:0), mundiala
vəsiqə əldə edib.