AZE | RUS | ENG |

Deputatlar bu gün 19 məsələ ilə bağlı qərar verəcək

Deputatlar bu gün 19 məsələ ilə bağlı qərar verəcək
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.
Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq.
Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056