AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat yubiley medalları ilə bağlı qanun layihələrinin səsverməsinə dəyişiklik edilməsini təklif edib

Deputat yubiley medalları ilə bağlı qanun layihələrinin səsverməsinə dəyişiklik edilməsini təklif edib

Cəmiyyət
24 Noyabr 2020, 11:45 167
Deputat Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini üçüncü oxunuşda da qəbul edilməsi təklifini irəli sürüb.
 
APA-nın məlumatına görə, Ziyafət Əsgərov yubiley medalları ilə bağlı qanun layihələrinin səsverməsinə dəyişiklik edilməsinin zəruriliyini bildirib. 
Deputat qeyd edib ki, bu gün qanun layihələrinin üçüncü oxunuşda qəbulu mümkündür: "Bizim praktikamızda belə hallar var”.
 
Sədr Sahibə Qafarova təklifə münasibət bildirərək deyib ki, bu barədə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, I vitse-spiker ƏliHüseynli və hüquqşünaslar müzakirə aparsalar, daha doğru olar: "Ancaq mən bildiyim qədərilə bu, mümkün deyil. Qanun layihələrini 3 oxunuşda qəbul edilməlidir. Bunu gələcəkdə hansısa formatda müzakirə edərik”.