• cümə, 26 Aprel, 23:19
  • Baku Bakı 22°C

Deputat: "Türkiyədə baş vermiş yanğınlarla mübarizəyə bütün gücümüzlə səfərbər olmağa hazırıq"

31.07.21 18:45 500
Deputat: "Türkiyədə baş vermiş yanğınlarla mübarizəyə bütün gücümüzlə səfərbər olmağa hazırıq"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş meşə yanğınlarında insan itkisi ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Bildirdi ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır və bu, davamlı xarakter alacaq. Prezident İlham Əliyevin meşə yanğınları ilə əlaqədar Türkiyə tərəfinə ifadə etdiyi narahatlıq bütün xalqımızın qardaş ölkəyə bağlılığının təcəssümüdür. Azərbaycan və Türkiyə "bir millət iki dövlət” şüarı ilə həm regional, həm də beynəlxalq arenada birgə çıxış edir. Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Türkiyənin belə bir fəlakətlə üzləşməsi bizi çox kədərləndirdi. Təbii ki, bir qardaş ölkə olaraq baş vermiş fəlakətin qarşısının alınması və fəsadlarının aradan qaldırması üçün hər cür yardımla qısa zamanda Türkiyənin yanında olacağıq. Artıq Prezident İlham Əliyev Türkiyəyə təcili olaraq xüsusi yardımın göndərilməsi ilə bağlı göstəriş verib. Azərbaycan qardaşının çətin günündə yanındadır və yardımı da ona müraciət edilmədən göndərir. Tarixdə belə hallar əvvəllər də olub. Məsələn, 2011-ci ildə Türkiyənin Van şəhərində və 2020-ci ilin əvvəlində Elazığ bölgəsində baş verən zəlzələlər zamanı Azərbaycan Türkiyədən yardıma ehtiyacının olub–olmamasını soruşmadan qardaş ölkəyə xilasedicilər və yardım karvanlarını yola salmışdı. İndi də belə oldu. Azərbaycan fövqəladə halların aradan qaldırılması üçün kifayət qədər texnikaya və təcrübəli mütəxəssis kontingentinə malikdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Azər Badamov söyləyib.
Deputat deyib: "Qısa zamanda Azərbaycanın müvafiq sahə üzrə mütəxəssisləri Türkiyənin yanğın baş vermiş bölgələrində olacaqlar. Yanğının təcili şəkildə söndürülməsinə ehtiyac var. Türkiyədə baş vermiş bu faciəvi hadisəni öz faciəmiz kimi qəbul edirik və mübarizə tədbirlərinə bütün gücümüzlə səfərbər olmağa hazırıq”.
A.Badamov qeyd edib ki, Azərbaycan daim qardaş Türkiyənin yanındadır. Deputat qəti əminliyini bildirib ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri və gücü sayəsində yanğının qarşısı alınacaq, onun fəsadları qısa zamanda aradan qaldırılacaq.
banner

Oxşar Xəbərlər