• cümə axşamı, 25 aprel, 19:41
  • Baku Bakı 21°C

Deputat: Türkiyə və Pakistanla Azərbaycanın yaxınlığı çox önəmlidir

01.12.17 09:10 981
Deputat: Türkiyə və Pakistanla Azərbaycanın yaxınlığı çox önəmlidir
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü mühüm əhəmiyyət kəsb edir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, Türkiyə və Pakistan Azərbaycana qardaş ölkələrdir: "Bu dövlətlər birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını bəyan etməklə yanaşı, ölkəmizə hər zaman hərbi cəhətdən də dəstək olmağa hazır olduqlarını deyiblər. Türkiyə və Pakistan kimi böyük dövlətlərlə Azərbaycanın yaxınlığı və Bakı bəyannaməsinin qəbul edilməsi çox önəmlidir. Hər şeydən əvvəl, 3 ölkənin hərbi sahədə-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına hazır olmalarını ifadə etmələri böyük bir uğurdur. Üçtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün həmçinin böyük baza və potensial var".
Millət vəkili bildirib ki, separatizm, terrorizm, qaçaqmalçılıq və narkotiklə mübarizədə də ciddi üçtərəfli əməkdaşlıq planlaşdırılır.
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.
banner

Oxşar Xəbərlər