• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

Deputat: "Tramp Azərbaycan-ABŞ əməkdaşlığına önəm verəcək"

09.11.16 20:31 1058
Deputat: "Tramp Azərbaycan-ABŞ əməkdaşlığına önəm verəcək"
"Donald Trampın ABŞ prezidenti seçilməsi təkcə Amerika üçün deyil, Türkiyə, o cümlədən Azərbaycan üçün də faydalı olacaq". Bunu Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, yeni prezidentin Azərbaycan-ABŞ əməkdaşlığına daha böyük önəm verəcəyi ümid edilir: "Bir çox məsələlərdə Azərbaycan Amerika ilə strateji müttəfiqdir. Terrora qarşı mübarizədə Azərbaycan hər zaman dəstək verib. NATO-nun sülhməramlı qüvvələrində Azərbaycan iştirak edir".
M.İbrahimqızı qeyd edib ki, yeni prezidentin münaqişələrin həllində fəallıq göstərəcəyinə də ümid edir.
banner

Oxşar Xəbərlər