• cümə axşamı, 25 aprel, 17:40
  • Baku Bakı 23°C

Deputat təmas xəttindəki kəndlərdə torpaq islahatlarının aparılmasını təklif edib

02.06.20 14:07 438
Deputat təmas xəttindəki kəndlərdə torpaq islahatlarının aparılmasını təklif edib
"Torpaq islahatları aparılmayan kəndlərdə islahatların aparılmasına ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, torpaq islahatlarının aparılması həmin kəndlərdə yaşayan insanların dövlətdən subsidiya almasına şərait yaradır.
"Xüsusilə cəbhəyanı bölgələrdə yerləşən kəndlərdə bu islahatlar aparılmayıb. Bu kəndlərdə təsərrüfatla məşğul olan insanlar dövlətdən subsidiya ala bilmir. Təmas xəttində bu islahatların davam etdirilməsi həmin kəndlərdə yaşayan sakinlərin də subsidiyadan faydalanmasına şərait yaradar”.
banner

Oxşar Xəbərlər