• cümə, 19 Aprel, 18:48
  • Baku Bakı 24°C

Deputat: TAP artıq ABŞ və Aİ-nin daha çox diqqətində olacaq

02.08.18 12:00 416
Deputat: TAP artıq ABŞ və Aİ-nin daha çox diqqətində olacaq
"Düşünürəm ki, Azərbaycanın uğurlu layihəsinin tezliklə başa çatması və yarana biləcək maneələrin aradan qaldırılması artıq ABŞ və Aİ-nin daha çox diqqətində olacaq".
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkili bildirib ki, ABŞ-ın Avropa İttifaqı (Aİ) ilə son zamanlar apardığı iqtisadi siyasətin əsas elementlərindən biri Avropaya qaz ixracı ilə bağlıdır.
T.Mirkişilinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın keçən həftə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşündə ABŞ-ın Avropaya qaz ixracı ilə bağlı təzyiqlərinə Aİ yeni qaz terminallarının tikintisi ilə cavab verməyə razılaşıb:"ABŞ-ın əsas məqsədi Rusiyanın Aİ bazarında təsirini azaltmaq və bu gəliri özünün əldə etməsinə nail olmaqdır".
Deputat qeyd edib ki, ABŞ eyni zamanda Avropaya Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsini də hər zaman dəstəkləyib:"Tramp və İtaliyanın Baş naziri Cuzeppe Konte arasında görüşdə TAP layihəsinin müzakirəsi Avropanın əsasən cənub və şərq bölgəsini qazla təmin edəcək layihənin tikintisinin İtaliyada ləngiməsi ilə bağlı ola biləcək risklərin ABŞ-ı da narahat etməyə başlamısı deməkdir. Düşünürəm ki, Azərbaycanın uğurlu layihəsinin tezliklə başa çatması və yarana biləcək maneələrin aradan qaldırılması artıq ABŞ və Aİ-nin daha çox diqqətində olacaq".
banner

Oxşar Xəbərlər