• cümə axşamı, 28 mart, 20:30
  • Baku Bakı 13°C

Deputat: Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək

11.08.18 14:15 493
Deputat: Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək
Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanmasıyla yadda qaldı. Bu sənədlər təhsil, mədəniyyət, humanitar sahədən başlamış iqtisadiyyat və sənaye sahələrinə qədər geniş bir spektri nəzərdə tutur. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, əldə olunan razlıaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividentlər vəd edir:"Siyasi sahədə Tacikistan və Azərbaycan daima bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə edib. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb”.
Deputat qeyd edib ki, iqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına, eyni zamanda metallurgiya sahəsinə ciddi maraq göstərir:"Çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir. Eyni zamanda coğrafi nöqteyi-nəzərdən nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adı çəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir. İstər "İpək yolu” nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft- kimya sənayesi bu ölkənin iqtisadiyyatının inkişafına mühüm perespektivlər vəd edə bilər. Ona görə imzalanan sənədlər arasında bu məsələlər də öz əksini tapmış oldu. Bu həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir”.
Deputatın sözlərinə görə, səfərin ən mühüm hadisələrindən biri isə prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu: "Bu ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı çərçivəsində və eyni zamanda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq Tacikistan Prezidentinin Azərbaycana səfərinin hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”.
banner

Oxşar Xəbərlər