AZE | RUS | ENG |

Deputat: Sülhə belə nail olmaq qeyri-mümkündür!

Deputat: Sülhə belə nail olmaq qeyri-mümkündür!
Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Hamı bilməlidir ki, müəyyən bir ölkəni ziyarət etmək üçün dövlət sərhəd rejiminə əsasən müəyyən prosedurlara, xüsusilə də dövlət sərhəd rejiminin beynəlxalq hüquqda tanındığına əməl edilməsi qaydasına riayət etmək lazımdır.

Trend-in məlumatına görə, bunu AŞPA-nın payız sessiyasında "Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələrə" məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı millət vəkili Sevinc Fətəliyeva söyləyib.

S.Fətəliyeva bildirib ki, məlum olduğu kimi, dövlət sərhəd rejimi milli qanunvericilik və beynəlxalq müqavilələrlə müəyyən edilir:

"Azərbaycan, digər dövlətlər kimi, sərhədini keçən şəxslərdən müəyyən edilmiş norma və qaydalara riayət edilməsini tələb etmək hüququna malikdir. Biz qeyri-adi bir şey tələb etmirik. Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?"

S.Fətəliyeva bildirib ki, insan haqlarının monitorinqi ideyası təqdirəlayiqdir: "Ancaq Dağlıq Qarabağda kimin hüquqlarına nəzarət ediləcək? Adətən monitorinq altında hüquqları pozulan şəxslərin hüquqları olur. Dağlıq Qarabağ 28 ildir ki, Ermənistanın hərbi rejimi tərəfindən idarə olunur. Etnik təmizləmələr və işğal nəticəsində yerli əhali doğma yurdundan didərgin düşüb, onu tərk etmək məcburiyyətində qalıb. Orda məskunlaşan hərbi qüvvələrin, işğalçıların hüquqlarını monitorinq etməyi təklif edirsinizmi? Bu məntiqsizdır”.

Millət vəkili qeyd edib ki, belə təkliflər yalnız münaqişənin eskalasiyasına səbəb ola bilər, sülh yolu ilə həllinə isə mane olacaq.

O bildirib ki, eskalasiyaya səbəb olan digər məsələ Ermənistanın təşkil etdiyi xarici vətəndaşların Dağlıq Qarabağa qanunsuz səfərləridir:

"Bir necə gün öncə Ermənistanın baş nazirin yoldaşı Akopyan müxtəlif dövlətləri təmsil edən nümayəndə heyəti ilə Dağlıq Qarabağa səfər təşkil edib. Bu səfər "sülhməramlı xalq diplomatiyası” kimi adlandırılır. Mən qadın kimi, ana kimi sülh məramını başa düşürəm. Çünki qadınlar həmişə sülhü düşünür, övladlarını, onların gələcəyini düşünür. Lakin hələ bu gün də erməni silahlı qüvvələri günahsız azərbaycanlı uşaqları güllələyirsə, hansı sülh məramından söhbət gedə bilər?! Sülhə belə nail olmaq olmaz! Ölkələrin icazəsi olmadan işğal altında olan ərazilərə səfərlər heç vaxt münaqişələrin həllinə fayda verə bilməz! Daha yaxşı olar ki, işğalın qurbanı olan qaçqınların hüquqları monitorinq edilsin”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176