• cümə, 19 Aprel, 07:44
  • Baku Bakı 13°C

Deputat: Sarkisyanın istefası Ermənistanın Dağlıq Qarabağ üzrə mövqeyinin yumşalmasına səbəb olacaq

24.04.18 09:10 688
Deputat: Sarkisyanın istefası Ermənistanın Dağlıq Qarabağ üzrə mövqeyinin yumşalmasına səbəb olacaq
Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili qeyd edib ki, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyətini formalaşdırmaq imkanı qazanıb:"Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək. Məsələ ondadır ki, artıq hərbçilər də xalqın tərəfinə keçdi və çox qorxulu bir vəziyyət yarandı. Əgər əvvəllər Sarkisyan hərbçilərlə birlikdə azərbaycanlılara qarşı qırğın törədirdisə, indi həmin hərbçilər Sarkisyanın korrupsiyasından, yardımları, ianələri mənimsəyib öz adamları arasında bölüşdürməyindən bezdi. Sarkisyanın hakimyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də qonşularla pis münasibəti üzündən ölkə iqtisadiyyatını məhvə aparması oldu. Əhali ölkəni tərk edir, Ermənistan cəmiyyəti acınacaqlı vəziyyətə düşüb. Sarkisyan özünü "Qarabağ qəhrəmanı" sayırdı, xalq isə onu yıxdı".
Deputat Ermənistanda yeni hakimiyyətin daha konstruktiv olacağına ümid etdiyini bildirib:"Ermənistanın dalana dirənməsi, onun iqtisadiyyatının hər cəhətdən sarsılması və sair məsələlər diktə edir ki, yeni hakimiyyət Qarabağ məsələsində müəyyən yumşaqlıq nümayiş etdirsin. Artıq Ermənistanda qonşu dövlətlərlə normal münasibət qurmaq təbliğatı gedir. Ermənistan cəmiyyəti bu klandan qurtulmaq istəyir".
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sarkisyan istefa verdiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər