• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

Deputat Rüstəm İbrahimbəyovun ABŞ görüşləri barədə nələr dedi

18.06.13 09:01 1511
Deputat Rüstəm İbrahimbəyovun ABŞ görüşləri barədə nələr dedi
Bu sözləri Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
“Çünki Rüstəm İbrahimbəyov özünü siyasətçi kimi təsdiq etməyib ki, onu ABŞ-ın yüksək ranqlı məmurları qəbul etsinlər və dinləsinlər. ABŞ-da belə bir ümumi qəbul olunmuş norma var ki, bu və ya digər tanınmış insan bu və ya digər ölkə ilə bağlı müraciət eləyəndə ona biganə yanaşmırlar. Bu təkcə Azərbaycana aid deyil. Dünyanın istənilən ölkəsinə aid belə bir addım atılırsa, ABŞ dövlət departamentində və ya konqresmenlər, yaxud da onların köməkçiləri onları dinləyir və amerikasayağı təbəssümlə yola salırlar. İbrahimbəyovun da görüşləri belə bir mahiyyət daşıyan məsələdir”, - o əlavə edib.
Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu günlərdə mətbuata verdiyi açıqlamada ABŞ-da bir sıra görüşlər keçirdiyini bəyan edib.
Fəzail Ağamalı isə Azərbaycanda seçkilərdə iştirak etmək istəyənlərə tövsiyyə edir ki, ABŞ məmurlarının qapılarının ağzında növbə gözləməsinlər.
"Onların seçkilərin demokratik, azad, şəffaf keçirilməyəcəyi barədə narahatlıqları əbəsdir. Bu narahatlıq üçün heç bir əsas yoxdur. Azərbaycanın öz qanunları var. Qapıların ağzında növbə gözləmədən, Azərbaycan xalqının iradəsinə söykənərək seçkilərdə iştirak etmək lazımdır. Bu adamlar özlərinə necə sığışdırırlar ki, gedib ABŞ-da qapıların ağzında boyunlarını bükürlər və deyirlər ki, "Azərbaycanda demokratiya yoxdur, gəlin, bizə demokratiya verin"?" - F.Ağamalı vurğulayıb.
banner

Oxşar Xəbərlər