• şənbə, 20 Aprel, 18:26
  • Baku Bakı 24°C

Deputat: Bu seçkilər tariximizə daha yüksək nəticələrlə yazılacaq

15.03.18 19:44 888
Deputat: Bu seçkilər tariximizə daha yüksək nəticələrlə yazılacaq
Respublikamızda keçiriləcək prezident seçkilərində hər bir seçicinin öz iradəsini sərbəst ifadə etmək və nəzərdə tutduğu namizədi seçmək hüququ var. Azərbaycanda əlverişli seçki mühitinin yaradılması həm də onu deməyə əsas verir ki, ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
O bildirib ki, inkişaf etmiş demokratik ölkələrdə səsvermə kampaniyasının uğuru, əsasən, seçicilərin nümayiş etdirdiyi fəallıqla bağlıdır: "Əgər seçici fəallığı yüksəkdirsə, deməli, seçki də uğurla nəticələnir. Azərbaycan cəmiyyətində də seçicilər siyasi cəhətdən kifayət qədər yetkin və fəal olduqlarını dəfələrlə sübuta yetiriblər. Məhz buna görə də inanıram ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkə vətəndaşlarının yüksək siyasi yetkinliyə malik olduqlarını bir daha nümayiş etdirəcək”.
"Ümid edirəm ki, qarşıdakıprezident seçkiləri Azərbaycanın tarixinə daha yüksək nəticələrlə yazılacaq. Ölkəmiz ərazi cəhətdən əksər dünya ölkələrindən kiçik olsa da, onun seçki təcrübəsi bir çox dövlətlərdə olduğundan qat-qat zəngindir. Hələ yüz il öncə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ölkəmiz Şərqdə qadına ilk səs hüququ verən dövlət olub. Bu, ölkəmizin mükəmməl seçki təcrübəsinin və demokratik dəyərlərə malik olmasının bariz nümunəsidir”- deyə, deputat qeyd edib.
banner

Oxşar Xəbərlər