• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

Deputat Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib - Fotolar

13.09.19 15:37 1078
Deputat Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib - Fotolar
Millət vəkili Pərvin Kərimzadə Aprel şəhidi, kapitan İnqilab Quliyevin ailəsinin qonağı olub, şəhidin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib.Millət vəkili şəhid İnqilab Quliyevin yadigarları Hüseyn və Əyyamı qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib.
Səmimi çay süfrəsi arxasında keçən söhbət zamanı Pərvin Kərimzadə ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən danışıb.

Kapitan İnqilab Quliyevin qəhrəmancasına həlak olduğu Aprel döyüşlərini xatırladan millət vəkili hərbi əməliyyatların bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin daha bir nümayişi olduğunu qeyd edib.

Şəhidin atası Çingiz Quliyev şəhid ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan danışıb. Bildirib ki, şəhid ailələri hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin arxasındadır.

Qeyd edək ki, İnqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb.

banner

Oxşar Xəbərlər