AZE | RUS | ENG |

Deputat: Paşinyanın mövqeyi danışıqlar prosesinə arxadan vurulan zərbədir

Deputat: Paşinyanın mövqeyi danışıqlar prosesinə arxadan vurulan zərbədir
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi göstərir ki, o, heç də sələflərinin mövqeyindən fərqli bir mövqe ortaya qoya bilməyib. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, xüsusilə N.Paşinyan Moskvada erməni iş adamları ilə görüşərkən "Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görürəm” bəyanatı verməklə əslində hakimiyyətdən devirdiyi Serj Sarkisyanın siyasətini təkrarlayır. Millət vəkili vurğulayıb ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər: "Bilirsiniz ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyasında hər iki dövlətin xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur, eyni zamanda ATƏT-in baş katibinin Azərbaycana səfəri gözlənilir. Bütün bu reallıqlar fonunda Paşinyanın bu qədər qeyri-konstruktiv, məsuliyyətsiz davranışı və bəyanatı heç şübhəsiz ki, danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər və bundan sonra hadisələrin inkişaf istiqamətlərinə görə məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888