• cümə, 19 Aprel, 12:19
  • Baku Bakı 25°C

Deputat: Onlar Azərbaycanın mövqeyindən çıxış etməyə məcburdur

15.02.20 20:15 1119
Deputat: Onlar Azərbaycanın mövqeyindən çıxış etməyə məcburdur
Mövcud neft və qaz kəmərləri bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev Prezident İlham Əliyevin Almaniyanın Münhen şəhərində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, ötən il TANAP-ın Avropanı birləşdirən qolunun istifadəyə verilməsi Avropanın enerji təhlükəsizliyi baxımından da çox vacibdir:
"Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən beynəlxalq aləmdə münasibətlərin yaxşılaşdırılmasına, Azərbaycan neftinin, qazının dünya bazarına çıxarılmasına çox böyük önəm verib. Bu da beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılmasına, eləcə də Azərbaycana külli miqdarda vəsaitin gətirilməsinə səbəb olur. Əgər Azərbaycan nefti bu gün Avropaya ixrac olunursa, Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edirsə, bu həm də Azərbaycanın təhlükəsizliyini təmin edir. Çünki maraqlı bir çox xarici ölkə öz ölkələrinin mənafeyi naminə yeri gəldikdə Azərbaycanın mövqeyindən çıxış etməyə borcludur, bir növ buna məcburdur. Çünki onlar Azərbaycanın neftindən və qazından istifadə edir və yeri gəldikdə Azərbaycanın haqq səsini beynəlxalq tribunalarda səsləndirməyə məcbur olurlar".
Millət vəkili digər tərəfdən Azəraycanın xarici ölkələrlə əməkdaşlığa və mehribançılığa çox böyük önəm verdiyini də öz sözlərinə əlavə edib:
"Bunun Azərbaycanın demokratik və inkişaf edən bir ölkə kimi tanınmasında çox böyük rolu var. Azərbaycan artıq dünyaya bir qapı açır. Azərbaycan özünün yeraltı və yerüstü sərvətlərindən dünya vətəndaşlarının mənafeyinin yaxşılaşdırılması üçün istifadə edir. Bu çox humanist bir addımdır".
banner

Oxşar Xəbərlər