• cümə axşamı, 25 aprel, 10:38
  • Baku Bakı 14°C

Deputat Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı qərarını tənqid edib

25.11.19 15:07 417
Deputat Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı qərarını tənqid edib
Milli Məclisin deputatı Elman Məmmədov Nazirlər Kabinetinin 2017-ci ildə məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarını tənqid edib.
APA-nın xəbərinə görə, deputat Elman Məmmədov Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğının göstərildiyini deyib.
Deputatın sözlərinə görə, ölkə başçısı bütün çıxışlarında bildirir ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır: "Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə və onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”
banner

Oxşar Xəbərlər