• cümə, 19 Aprel, 12:16
  • Baku Bakı 25°C

Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib

19.09.20 14:15 418
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib
38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib.
Sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə müraciətlər əsasən məşğulluq, hüquqi, tibbi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Millət vəkili fərdi qaydada seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.
Məşğulluq, sosial-məişət məsələləri ilə bağlı müraciətlərin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda mövcud problemlərinin aradan qaldırılması istiqamətlərində şəhərin və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.
Görüşdə işirak edən seçicilər dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
banner

Oxşar Xəbərlər