AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat müxalifəti siyasi nəzəriyyəni bilməməkdə suçladı

Deputat müxalifəti siyasi nəzəriyyəni bilməməkdə suçladı

Siyasət
07 Mart 2013, 17:21 1579
“Radikalyönümlü müxalif siyasi qurumlar və qeyri-hökumət təşkilatları Demokratiyaya Yardım Fondu yaradıblarsa, deməli, siyasətin nəzəriyyəsini bilmədiklərini ortaya qoymuş olurlar”.

Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, adını nə qoymalarından asılı olmayaraq, nəticə yenə eyni - sıfra bərabər olacaq.

Bu, ümumiyyətlə, onların fəaliyyətində və tarixində birinci dəfə deyil: “Həmin qüvvələr bir xeyli əvvəl İctimai Palata adlı qurum yaratmışdılar və bu, əslində ictimaiyyətsiz bir palata idi. Daha doğrusu, bu qurum radikal müxalifətin mitinq təyinetmə komitəsindən başqa bir şey deyildi. Əgər onlar indi belə bir fond yaradıblarsa, deməli, etiraf edirlər ki, qanunsuz hərəkətlər ediblər.
Həmçinin belə bir fond yaradırlarsa, deməli, onu da etiraf edirlər ki, demokratik, hüquqi dövlətdə yaşamaq istəmirlər”.

Millət vəkili əlavə edib ki, əgər onlar belə bir fond yaradıb, qanunsuz aksiyalarda iştiraka görə cərimələnən gənclərə kömək etmək istəyirlərsə, o zaman elə bəri-başdan həmin aksiyalarda özləri iştirak edər, liderlər özləri qabaqda gedəydilər:

“Bunun əvəzində isə onlar gəncləri irəli verməklə, qanunsuzluğa təhrik etməklə, indi onların cərimələnmələrinə görə, 5-10 qəpik pul yardım etmək istəyirlərsə, bu, onların hansı dəyərlərə sahib olduqlarını göstərir”.