• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

Deputat: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir

04.05.17 11:20 1011
Deputat: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Forumun artıq 4-cü dəfə keçirildiyini xatırladan B.Əliyev bu beynəlxalq tədbirin böyük siyasi, iqtisadi və mədəni əhəmiyyətinin olduğunu nəzərə çatdırıb:"İpək yolu" layihəsi çərçivəsindən baxsaq, forum Şərqlə Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır. Azərbaycan öz nümunəsində göstərir ki, biz XXI əsrdə mədəniyyətlər və dinlərarası dialoqdan, onların qarşılıqlı əməkdaşlığından danışa bilərik. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox gözəl platforma oldu".
B.Əliyev əlavə edib ki, ümumiyyətlə, forumda müzakirə olunan məsələlər dünyanı narahat edən bir sıra mövzuları - gənclərin problemlərindən tutmuş mədəniyyətlər, dinlərarası münasibətlər, tolerantlıq, birgəyaşayış, eyni zamanda hərtərəfli əməkdaşlığa dair məsələləri əhatə edir.
Deputat bildirib ki, ən əhəmiyyətli məqamlardan biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və UNESCO-nun tərəfdaşlığı ilə keçirilməsidir.
Qeyd edək ki, 4-6 may tarixində Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir və digər dövlətlərin mədəniyyət nazirləri iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər