• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Deputat: Ölkə başçısı tarixçilərə dərs keçdi

31.05.20 13:22 479
Deputat: Ölkə başçısı tarixçilərə dərs keçdi
Prezident İlham Əliyev mayın 28-də "Qobu Park-3” yaşayış kompleksinin açılışında Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla, həm də tarixçilərə dərs keçdi:
"Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri, həm də yanlışlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.
Ə.Hüseynli qeyd edib ki, ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı:
"Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər Prezidentin bu çıxışını bir sıra mətbuat nümayəndələri də düzgün şərh etmədilər. "Milli Şura" üzvləri ilə yanaşı, heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.
banner

Oxşar Xəbərlər