• cümə axşamı, 18 aprel, 09:02
  • Baku Bakı 12°C

Deputat: “İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı 3-4 il məşğul olmalıyıq”

26.11.20 12:17 346
Deputat: “İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı 3-4 il məşğul olmalıyıq”
"Dekabrın 4-də əmanətlərin sığortalanması ilə bağlı qəbul etdiyimiz qanunun vaxtı bitəcək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, sabah Maliyyə Şurasının iclasının keçiriləcəyi barədə məlumat alıb: "Baş nazirdən xahiş edirəm ki, bununla bağlı çıxış etsin və müddət uzadılsın. Bizim hazırda büdcəni qəbul etməyimiz də gecikir. İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı hələ 3-4 il məşğul olmalıyıq. Pandemiyanın da sürətlə yayılmasını nəzərə almalıyıq”.

banner

Oxşar Xəbərlər