• cümə, 29 Mart, 12:00
  • Baku Bakı 14°C

Deputat: İşğalçı Ermənistan tarixi faktların qarşısında aciz qalıb

07.06.19 22:37 350
Deputat: İşğalçı Ermənistan tarixi faktların qarşısında aciz qalıb
Erməni diasporunun güclü olduğu Fransanın Azərbaycan həqiqətlərinə münasibətdə dəyişikliklər etməsi dövlətimizin uğurlu xarici siyasətinin nəticəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, artıq işğalçı Ermənistan tarixi faktların qarşısında aciz qalıb, yalanlarlı, qarayaxma kampaniyaları ilə dünyanı çaşdıra bilmir:
"Heç bir araşdırma aparmadan qondarma erməni soyqırımını tanıyan Fransa kimi dünyanın nüfuzlu dövləti ölkəmizin xeyrinə qərar çıxarıb. Fransa məhkəməsi 2018-ci il oktyabrın 22-də imzalanan separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan "Dostluq haqqında xartiya"nı ləğv edib.
Fransada cərəyan edən proseslərə erməni diasporunun təsir imkanları olduğu halda ölkəmizin xeyrinə çıxarılan qərar bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın etməsinin bir nümunəsidir.
Döyüş meydanında qazanılan "qələbə"lərini diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayan işğalçı Ermənistan artıq başa düşməlidir ki, qonşu dövlətə qarşı təcavüzə yol verməklə, ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndləri viran qoymaqla "qalib” gəlməyib. Əslində, Azərbaycanla müqayisədə həm daxili, həm xarici siyasətdə qat-qat geri qalan Ermənistan özünün sosial-iqtisadi inkişafına, xalqının maddi-rifah halına böyük zərbə endirib. Bu gün Fransa məhkəməsinin çıxardığı qərar Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin puça çıxdığına bir işarədir.
Torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordusu və inkişaf etməkdə olan müdafiə sənayesi olmasına baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirib, sülhməramlı siyasətə sadiq qalıb. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir”.
banner

Oxşar Xəbərlər