AZE | RUS | ENG |

Deputat gürcü xəngəlindən və seçkilərindən yazdı

Deputat gürcü xəngəlindən və seçkilərindən yazdı
Fazil Mustafa: “Almağı xoşlayan Rusiya heç nə qaytarmayacaq, Gürcüstan da mutlu şəkildə Rusiyanın oxu ətrafında fırlanacaq”

“Gürcü xalqı dəyişiklik istəyir”- bu sözləri son seçkilərlə bağlı müxalifətin qalib gəlməsinə sevinən Rusiyanın Baş naziri Medvedyev bildirib. Bu dəyişikliyin ilk siqnalını “Gürcü arzusi” koalisiyasının lideri İvanişvili dərhal dilə gətirib və Saakaşvilini hakimiyyətdən getməyə çağırıb. Halbuki parlamentdə qalib gəlmiş müxalifətin tədricən proseslərin öz xeyrinə həllinə daha çox maraq göstərməsi və ölkədə hakimiyyət qolları arasında ziddiyyətlərinin dialoqla çözülməsinə müsbət yanaşması ağlabatan görünürdü”.

Bu barədə Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, ölkənin xarici siyasət kursunu Medvedyevin dediyi Gürcü xalqı Gürcü xəngəli kimi qarmaqarışıq bir şeyə çevirməyə qərar verib:

“Bəlli ki, verməyi deyil, almağı xoşlayan Rusiya heç nə qaytarmayacaq, Gürcüstan da mutlu şəkildə Rusiyanın oxu ətrafında fırlanacaq. Sadəcə Gürcüstandan Moskvaya tez-tez təyyarələr uçacaq, təyyarənin yük yerinə məşhur gürcü şərabları doldurulacaq və yolda ruslarla gürcülər “Mimino” filmindəki epizodları yada salara gülüşəcəklər. Gürcüstan seçkilərindən bir neçə nəticə çıxır: Saakaşvili ölkədə sözün gerçək mənasında demokratik islahatlar apardı və Gürcü xalqının rüşvətsiz yaşaya biləcəyinin mümkünlüyünü ortaya qoydu. Təbii ki, insanları çoxluğu bu siyasəti bəyəndilər, ancaq bir şeyi ona bağışlamadılar: Osetiyada məğlub olmağı. Azərbaycan xalqı kimi Gürcü xalqı da cəfa çəkərək torpağı geri qaytarmağa hazır olmadığına görə kiminsə möcüzəli köməyi ilə bunun baş verməsini istədi və nəticədə möcüzə baş vermədi. Gürcülərin əvvəllər Saakaşviliyə verdiyi sual bu idi: Niyə torpaqlarımızı azad etmirsən? Osetiya müharibəsindən sonra verilən sual xeyli dəyişmişdi: Niyə torpaqları azad etmək istədin və məğlub oldun? Bütün iqtisadi əlaqələr Rusiya ilə bağlı olduğundan bunun pozulmasını da ona bağışlamadılar. İndi təsəvvür edin, onun yerinə gələn kimsə birinci suala aldanıb ikinci sula cavab vermək istəyərmi? Özümüzü aldatmayaq: Gürcüstanda qalib gələn müxalifət ən azı Rusiyanın istədiyi qüvvələrdir. Hətta bu qüvvələr Şevrdnadze qədər də müstəqil olmaya bilər. Hər halda bu gürcü xəngəlinin tamı başqa olacaq”.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991