• cümə axşamı, 25 aprel, 00:31
  • Baku Bakı 19°C

Deputat: “Futbolçularımız millidə pulsuz oynamalıdır“

13.09.13 14:14 1522
Deputat: “Futbolçularımız millidə pulsuz oynamalıdır“
"Mənə elə gəlir ki, futbolçularımız şişirdilmiş pul mükafatına layiq deyillər. Ancaq İsraillə səfərdə millimiz heç də pis təsir bağışlamadı. Taktiki baxımdan çox ağıllı oyun sərgilədik. Rəqibin müqavimətini qıra bildik".
Sportarena.az-a açıqlamasında bu sözləri deputat Fazil Mustafa deyib. Qələbə ruhunun hələ da çatışmadığını bildirən Fazil Mustafa millimizin məsuliyyətsiz şəkildə qollar buraxdığını bildirdi:
"Baxırsan ki, çatışmayan hələ nəsə var. Bundan başqa qapıçımız Kamran Ağayev çox gözəl oyun göstərdi. Digər futbolçularımız da fədakarlıq göstərdilər. Amma yığmamızın futbolçularına böyük pul mükafatlarının verilməsi, onları motivasiya etməkdən daha çox, milli formanın mahiyyətinin ucuzlaşdırılmasına gətirib çıxarır. Klublarda olar, ancaq milli komandada olmasa, daha yaxşı olar. Çünki bu, bir şərəf məsələsidi. Millidə oynamaq şərəfdi. Hətta futbolçu pulsuz da çıxıb oynamalıdı".
banner

Oxşar Xəbərlər