• çərşənbə axşamı, 19 mart, 13:57
  • Baku Bakı 8°C

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

19.04.18 15:00 756
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Ermənistanın hazırkı iqtidarı terroru dəstəkləyən, hakimiyyətə məhz terror vasitəsilə gələn bir siyasi qüvvədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bu gün həmin hakimiyyət özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə Ermənistanı tam dalana dirəyib: "Ermənistan xalqı da, dünya da artıq bu siyasətdən bezib. Ona görə də bu gün artıq o faşist rejimi heç cür Ermənistanda vəziyyətə nəzarət edə bilmir, nəhayət, xalq ayağa qalxıb. Ermənistandakı bu terrorçu qüvvə yəqin ki, yaxın zamanlarda siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırılacaq, çünki bunu etməsələr, Ermənistanın gələcəyi yoxdur, Ermənistan heç bir mühüm böyük layihələrə qoşula bilməyəcək və bu gedişlə ölkə iqtisadiyyatı tamamilə çökəcək”.
Millət vəkili vurğulayıb ki, bu gün Ermənistan iqtisadiyyatı dözülməz vəziyyətdədir, insanlar yoxsulluq, səfalət içində yaşayırlar, əhali tam ümidsizliyə qapanıb: "Ermənistanın özünün açıqladığı statistikaya görə, hər il 240-250 min insan ölkəni tərk edir və xaricdə sığınacaq əldə edir, çünki onların başqa çıxış yolu yoxdur. Ölkədə qalan insanlar da rejimdən yaxa qurtarmaq üçün son cəhdlərini göstərirlər”.
Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.
banner

Oxşar Xəbərlər