• cümə, 26 Aprel, 20:42
  • Baku Bakı 22°C

Deputat: “Dövlət idarəetmə sistemində 30 faiz ixtisar aparılmalıdır”

02.12.16 13:30 972
Deputat: “Dövlət idarəetmə sistemində 30 faiz ixtisar aparılmalıdır”
Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.
APA-nın məlumatına görə, Milli Məclisin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.
Q. Həsənquliyev bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur: "İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”.
Q. Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: "Pensiyaları da ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşı da artırılmalıdır”.
O, QHT-lərin xaricdən qrant alması məsələsinin sadələşdirilməsini də təklif edib: "Bu, həm ölkənin imicinə müsbət təsir edər, həm də bu sektorun inkişafına təkan verər”.
Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: "Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması lazımdır".
Q. Həsənquliyev sahibkarlığa lazımı qədər dəstək verilməməsinə də etiraz edib: "Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”.
Deputat xaricdəki vəsaitləri ölkəyə gətirməyə çağırıb: "Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə, 4 faizlə veririk. Azərbaycan Dəmir Yolları isə kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın, vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah dəmir yolu üçün kredit götürülsə, ən azı 7 faizlə alınacaq”.
O, iri şirkətlərin özəlləşdirilməsinin vacibliyini də vurğulayıb: ""Azərsu", "Azəriqaz", "Azərişıq" özəlləşdirilməsə, vəziyyət dəyişməyəcək”.
banner

Oxşar Xəbərlər