• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

Deputat dostluq qruplarının üzvlərinin Milli Məclis tərəfindən işğaldan azad olunmuş ərazilərə dəvət edilməsini təklif edib

24.11.20 11:37 352
Deputat dostluq qruplarının üzvlərinin Milli Məclis tərəfindən işğaldan azad olunmuş ərazilərə dəvət edilməsini təklif edib
"Bu gün işğaldan azad edilən ərazilərimizdə ciddi şəkildə fakt-araşdırıcı missiya həyata keçirilir, müvafiq işlər aparılır”.
APA-nın məlumtına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, mümkün olarsa, imkan daxilində dostluq qruplarının üzvləri, səfirlər Milli Məclis tərəfindən həmin ərazilərə dəvət edilsin: "Koronavirusla əlaqədar bu sahədə bir sıra çətinliklər var. Ancaq biz bunu etməliyik”.

MM sədri Sahibə Qafarova Siyavuş Novruzovun dostluq qruplarının üzvlərini dəvət etməklə bağlı təklifinə münasibət bildirib: "Bu gün dövlət tərəfindən bu sahədə çoxlu işlər görülür. Diplomatlar işğaldan azad edilmiş ərazilərə aparılır. Ancaq mümkün olan kimi, biz də dostluq qruplarının üzvlərini dəvət edə bilərik”.
banner

Oxşar Xəbərlər