AZE | RUS | ENG |

Deputat: Bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib

Deputat: Bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib
Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayır:
"Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında öndə Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir".
B.Əliyev əlavə edib ki, bu inkişaf Azərbaycan vətəndaşının həm təhlükəsizliyinin təmin edilməsinə, həm də onun sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib".
Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916