• cümə axşamı, 28 mart, 15:53
  • Baku Bakı 16°C

Deputat: Azərbaycanda regionların inkişafı daim Prezidentin diqqət mərkəzindədir

06.08.17 13:47 1490
Deputat: Azərbaycanda regionların inkişafı daim Prezidentin diqqət mərkəzindədir
Azərbaycanda regionların inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısının regionlara səfəri və regionlarda respublika müşavirələri keçirməsi artıq ənənə halını alıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirərkən deyib.
H.Babaoğlu bildirib ki, dövlət başçısının hər səfərində regionlarda görülən işlər qiymətləndirilir, ayrı-ayrı iqtisadi zonalar üzrə perspektivlər müəyyənləşdirilir və inkişafın davam etdirilməsi üçün yeni tədbirlər həyata keçirilir: "Qaxda keçirilən bu müşavirə də həm regionun inkişaf perspektivi, həm də iqtisadi göstəricilərin təhlil edilməsi və müvafiq qərarların qəbul edilməsi baxımından olduqca əhəmiyyətli idi. Azərbaycanın iqtisadi rayonlarının özünəməxsus xüsusiyyətləri var və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın şimal-qərb zonası xüsusilə tütünçülüyün, ipəkçiliyin və fındıqçılığın inkişafı ilə hər zaman əlamətdar olub. Ona görə də bu sahələrin inkişafı ilə bağlı xüsusi tədbirlər proqramı qəbul olunub və onlar həyata keçirilir”.
Deputat qeyd edib ki, artıq uzun illərdir ki, regionların inkişafı ilə bağlı xüsusi dövlət proqramları həyata keçirilir və bu proqramlar çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiya yaranır, yeni yollar çəkilir, yeni infrastruktur formalaşdırılır, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir: "Bütün bunlar regionlarımızın simasını dəyişir. Regionlarımızda yerli xüsusiyyətlər nəzərə alınmaqla böyük layihələr həyata keçirilir. Bu gün ölkəmizə valyuta gətirəcək bir sıra kənd təsərrüfatı sahələri var ki, onlar ixraca görə əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev bu sahələrin inkişafına xüsusi diqqət ayırır və hər dəfə regionlardan qayıtdıqdan sonra təsbit etdiyi sahələr üzrə maliyyələşdirmə aparır və regionların inkişafına yeni təkan verir”.
banner

Oxşar Xəbərlər