• şənbə, 20 Aprel, 13:28
  • Baku Bakı 23°C

Deputat: Azərbaycanda mühüm islahatlar həyata keçirilir

11.10.18 14:30 431
Deputat: Azərbaycanda mühüm islahatlar həyata keçirilir
Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var və bu istiqamətdə mühüm islahatlar həyata keçirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, kənd təsərrüfatının inkişafı ölkənin digər sahələrinin inkişafına da stimul verir: "Kənd təsərrüfatı ilə əlaqədar sənaye sahələri inkişaf edir, yeni emal müəssisələri açılır ki, bu da öz növbəsində əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına səbəb olur”.
T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir: "Cənab Prezidentin vaxtaşırı olaraq regionlara səfərləri, emal müəssisələrinin açılışında iştirak etməsi, regionlarda pambıqçılığın və digər aqrar sahələrin inkişafı ilə bağlı müşavirələr keçirməsi kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edir”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var: "Əvvəllər qaz, su, yol və digər problemlər var idisə, artıq bu gün həmin problemlər aradan qaldırılıb. Digər tərəfdən, kənd təsərrüfatının inkişafı üçün müasir texnikalar alınıb. Bütün bunlar tədqirəlayiq haldır, insanların rifah halının yaxşılaşmasına cənab Prezidentin diqqət yetirməsinin nəticəsidir”.
banner

Oxşar Xəbərlər