AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır

Deputat: Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır

Siyasət
14 Sentyabr 2020, 20:03 199
Xarici ölkələrdə, o cümlədən, ABŞ və inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunur. Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, son günlər Fransada "sarı jiletlilər”in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılır:
"ABŞ, Britaniya, Almaniya, İspaniya və digər Qərb ölkərində kütləvi aksiyalar zamanı polislər etirazçılara qarşı amansız davranışları ilə seçilir. ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini "qeydə almayan”, özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar.
Avropada etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, heç zaman bu məsələlər nə müzakirəyə çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar.
Azərbaycan polisi vətəndaşlarla rəftarında daim nəzakətli və təmkinli olmağa çalışır, peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar bir daha bu reallığı aydın göstərdi.
Azərbaycan polisləri ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir”.