• cümə, 26 Aprel, 19:22
  • Baku Bakı 22°C

Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil

15.05.17 15:45 967
Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir:"Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır".
E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar:"Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər".
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.
banner

Oxşar Xəbərlər