• cümə, 19 Aprel, 23:08
  • Baku Bakı 24°C

Depressiyaya düşdüyü üçün yığmadan imtina edib

20.04.18 13:20 982
Depressiyaya düşdüyü üçün yığmadan imtina edib
"Mançester Yunayted”in yarımmüdafiəçisi Maykl Kerrik yığma karyerasına son qoymasının səbəbini açıqlayıb.
Kaspi.az xəbər verir ki, Kerrik İngiltərə yığmasından depressiyaya düşdüyü üçün getdiyini etiraf edib. O, özünü heç cür əla ala bilmədiyini deyib:
"Mən uzun müddət komanda ilə olduğum üçün yığma ilə səfər etməyə çətinlik çəkirdim. Mövsümün əvvəlindəki hazırlıqlar zamanı heç bir problem olmadan MY- ilə 3 həftəlik gedə bilərdim. Ancaq yığma ilə bunu etmək çox üzücü idi.
Belə hal məni sarsıdırdı. DÇ-2010-da sonra belə davam edə bilməyəcəyimi düşündüm. Bilirdim ki, insanlar "özünü əl al, sənə yaradılan bu imkana görə şükür et” deyəcəkdilər.
Başa düşürdüm ki, yığmaya çağırılmaqla üstün vəziyyətdə olmuşam, ancaq mənim üçün çox çətin idi və belə davam edə bilmirdim.
Mən artıq sərhədə çatmışdım. Gündən-günə sarsıntım artır, depressiyaya düşürdüm. Ona görə də federasiyaya müraciət edərək "xahiş edirəm, məni bir daha yığmaya çağırmayın” dedim”.
banner

Oxşar Xəbərlər