• cümə, 29 Mart, 10:29
  • Baku Bakı 5°C

Dənizkənarı Milli Parkda Avropa Şəhərciyi təşkil olunub

02.06.18 14:17 808
Dənizkənarı Milli Parkda Avropa Şəhərciyi təşkil olunub
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və üzv dövlətlərin səfirlikləri tərəfindən Dənizkənarı Milli Parkda Avropa Şəhərciyi təşkil olunub.
APA-nın məlumatına görə, şəhərcikdə üzv ölkələrin stendləri qurulub.
Açılış mərasimində çıxış edən mədəniyyət naziriƏbülfəs Qarayevdeyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu tədbir Azərbaycanla Aİ arasında əməkdaşlığın işbirliyinin gözəl nümunədir: "Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu yer kimi qəbul oluna bilər. Biz ümid edirik ki, Aİ ilə Azərbaycan arasında tətbiq olunan layihələr əməkdaşlığın güclənməsinə təkan verəcək”.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Ai ilə Azərbaycan hazırda yeni tərəfdaşlıq qurur, danışıqlar aparır: "Bizi bir-birimizə bağlayan çoxsaylı layihələr var. Biz Azərbaycanla işləyərək körpülər yaratmağa çalışırıq. Gənc nəsillə işləyirik. Müxtəlif sahələrdə müxtəlif layihələr həyata keçiririk. Bu kimi tədbirlər əlaqələri genişləndirmək, bir-birinin mədəniyyətini öyrənmək, kəşf etmək, dili öyrənmək üçün imkan yaradır. Bunlar tərəfdaşlığımızın genişlənməsinin təməlini təşkil edir".
Tədbir axşama kimi davam edəcək və sonda konsert təşkil olunacaq.
banner

Oxşar Xəbərlər