• cümə axşamı, 25 aprel, 17:37
  • Baku Bakı 23°C

Dənizkənarı Bulvar İdarəsinin Nizamnamə fondu müəyyənləşib

31.07.18 19:26 416
Dənizkənarı Bulvar İdarəsinin Nizamnamə fondu müəyyənləşib
Dənizkənarı Bulvar İdarəsinin Nizamnamə fondu 69 milyon 59 min 580 manatdır.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidentiİlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsində əksini tapıb.

Bulvar İdarəsinin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Bulvar İdarəsi öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.
banner

Oxşar Xəbərlər