• cümə, 19 Aprel, 22:29
  • Baku Bakı 24°C

Dənizdə xilas edilən şəxs axtarışda imiş - Saxlanıldı

22.07.16 13:39 1187
Dənizdə xilas edilən şəxs axtarışda imiş - Saxlanıldı
Azərbaycanda axtarışda olan şəxs dənizdə batmaq təhlükəsi ilə üzləşərkən xilas edilib.
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, iyulun 19-da saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa­mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.
Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis Şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddə­si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.
Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis Şöbəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər