Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb

Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb

İqtisadiyyat
17 İyun 2019, 18:00 177
Yanvar-may aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 451 min 97 ton yük daşınıb ki, bu yüklərin dəyəri 292 milyon 789 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan 125 min 539 ton yükün dəyəri 63 milyon 450 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 325 min 558 ton, dəyəri isə 229 milyon 338 min dollar olub.