• cümə, 26 Aprel, 19:42
  • Baku Bakı 22°C

“Dəniz kuboku”nun yeni yarış həftəsi başlayıb

07.08.17 14:50 767
“Dəniz kuboku”nun yeni yarış həftəsi başlayıb
"Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində "Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə "Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər