• cümə, 19 Aprel, 08:27
  • Baku Bakı 13°C

“Dəniz kuboku - 2017”də hədəflərə artilleriya atışları yerinə yetiriləcək

02.08.17 11:49 1607
“Dəniz kuboku - 2017”də hədəflərə artilleriya atışları yerinə yetiriləcək
"Dəniz kuboku - 2017” müsabiqəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, müsabiqənin bu epizodunda Rusiya Hərbi Dəniz Donanmasının "Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin "G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin "Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajlarıhavahədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.
banner

Oxşar Xəbərlər