Dəniz gözlü “Amfibiya adam”
Koronvirusa yoluxacağından ehtiyat edib yubileyini dar çərçivədə
keçirsə də, qorxduğu başına gəldi
O, kinoda özü
üçün ilk ciddi iş hesab elədiyi çəkilişə adi aktyor kimi getsə də "ulduz kimi”
qayıdır. Məhz "Amfibiya adam” filmindəki İxtiandr rolundan sonra Sovet
İttifaqının hər yerindən tamaşaçılar ona sevgi məktubları yazır, kino
tənqidçiləri onu 60-cı illərin ən yaraşıqlı aktyoru adlandırırdılar. Hələ
gənclik illərindən dəniz kimi mavi gözləri hamının qəlbini fəth edirdi. Vladimir
Korenev uzun illər kinoda və teatrda istedadı və yaraşıqlı görkəmi ilə
tamaşaçıları sevindirməyə nail olur.
Kinodakı böyük şöhrət
Vladimirin
uşaqlığı Sevastopolda keçmişdi. Atası dəniz donanmasında xidmət edən
kontradmiral idi. Bir neçə xarici dil bilirdi. İşi ilə əlaqədar ailə tez-tez
bir şəhərdən digərinə köçürdü. Müharibədən sonra onlar Ukraynanın İzmail
qəsəbəsində yaşayırdılar. Burada Vladimir məktəbə gedir, rus və Ukrayna
dillərini öyrənərək təhsilini davam etdirir.
1961-ci ildə - institutu bitirəndə gənc aktyor Stanislavski adına
Moskva Dram Teatrının truppasına daxil olur. Müxtəlif səpkili rolları onu teatr
tamaşaçılarına sevdirir. Artist teatrı kinodan çox sevdiyini etiraf edirdi:
"Axı burda tamaşaçılar tamamilə yaxında olur. İstənilən aktyora öz istedadını,
nəyə qadir olduğunu göstərməyə imkan var” deyirdi. Ancaq onu qarşıda məhz
kinoda böyük şöhrəti gözləyirdi...
"Amfibiya adam”ın Bakıdakı kadrları
1958-ci ildə "Həyat yanımızdan keçdi” filmində debit edəndən üç il sonra onun üçün kinematoqrafiyanın qapıları geniş açılır. Ona kinoda ən böyük şöhrəti "Amfibiya adam”dakı İxtiandr rolu gətirir. Tənqidçilər filmi sovet kinematoqrafiyasında yeni epoxanın başlanğıcı adlandırılar. 1962-ci ildə çəkilmiş film kinoprokatın liderinə çevrilir.
Rejissor Vladmir
Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı.
Ondan fərqli olaraq, filmə bir qədər skeptik yanaşanlar da vardı. Ona görə də
çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmamışdı. Elə ilk günlərdən rejissor
texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Sualtı
epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşdılar. Rejissor
aktyor seçiminə də uzun müddət vaxt sərf edir.
İxtiandr roluna mavi gözlü gənci tapana qədər bütün teatr və
kinostudiyaları ələk-vələk edir.
Filmin bir çox epizodlarıBakıdaçəkilib. Bu səbəbdən "Amfibiya adam” azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır. "Amfibiyaadam” filminin çəkilişi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi. Bu şəhərdə həm tarixilik, həm də dəniz vardı. Bu, Koronevin Bakıya ilk, Quttiere rolunun ifaçısı Anastasiyanın isə ikinci gəlişi idi.1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər.Aleksandr Vertinski səhnəyə kiçik qızları Marianna və Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı.Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu.Bəlkə də bu xatirələr üç-dörd yaşlı Nastyanın yaddaşına həmişəlik həkk olmuşdu və on üçilsonra Bakıya çəkilişə gələndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi o qayğısız anları xatırlamışdı.
Təbii ki,
filmin böyük uğur qazanmasında Anastasiya Vertinskayanın da payı var. Onun
ekran qəhrəmanına hələ də heyran olurlar. Filmdə
Anastasiyanın mehriban nəzərlərlə İxtiandra baxması tamaşaçıları heyran edirdi.
"Onlar bir-biri üçün yaranıblar” deyirdilər. Amma heç kəs bilmirdi ki,
çəkilişlərdən bir ay əvvəl Vladimir Korenev nişanlanıb.
Filmin
çəkilişlərini aktyor ömrü boyu xoş xatirələrlə yada salırdı. Akvalanqdan
istifadə etməyi ona filmin çəkilişləri zamanı öyrədirlər. Vladimir etiraf
edirdi ki, dənizin dərinliklərində gördüyü mənzərəyə heç oxuduğu nağıllarda da
rast gəlməyib. Filmin çəkilişləri zamanı faciəli anlar da yaşanır. Vladimir
mirvari yığan vaxt birdən onu zəncirlə saxlayan dənizçinin əlindən zəncir
çıxır. 30 kiloqramlıq zəncir onu dənizin dərinliklərinə çəkir. Vladimir
belindəki zənciri açmağa çalışır, lakin bacarmır. Aktyorun bəxti onda gətirir
ki, çəkiliş aparan kinooperator onun yaxınlığında olur. Operator kadrda
zəncirin ikinci tərəfini bərkidilməmiş gördükdə dərhal kameranı bir kənara
ataraq Vladimirə tərəf üzür. Aktyoru çətinliklə də olsa, xilas edirlər.1962-ci ildə
İtaliyanın Triestşəhərində keçirilən Fantastik Filmlər Beynəlxalq
Kinofestivalında "Gümüş yelkən” mükafatına layiq görüləndən sonra
tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl
sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin
kino dünyasında bir partlayış idi. Təsadüfi deyil ki, bu ekran əsərindən sonra
yazıçı Belyayevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq
xeyli artdı.
İxtiandr obrazı
isə 60-cı illərin ən romantik obrazı
hesab edilir. Film ilk dəfə ekranlara çıxanda mavi gözlü aktyora milyonlarla
qadın vurulur. Onlar Korenevə oxşayan kişiləri axtarırlar. Gənc
qızlar saatlarla dəniz sahilində oturub mavi gözlü gəncin nə vaxtsa sahilə
çıxmasını gözləyirlər. Kişilər öz
növbəsində uzun saç saxlayır, ağ kostyum geyinirdilər. İxtiandr hamının
pərəstiş etdiyi obraza çevrilmişdi. "Mən uşaq olanda, hələ hərfləri tanımayanda
atam Belyayevin "Amfibiya adam” əsərini mənə oxumuşdu. Kitabı ən çox dənizdə,
gəmidə olarkən oxuyurdu. Qəribədir, həyat elə gətirdi ki, uşaqlıqdan sevdiyim
obrazı oynamaq mənə qismət oldu. Bəlkə də burda bir bağlılıq var...”- aktyor
deyirdi.Korenev
sonralar kino yaradıcılığını davam etdirərək "Uzaq ulduzun işığı”, "Don Kixotun
uşaqları”, "Vətən övladları” filmlərindəki rolları ilə yanaşı, "Qurtuluş”,
"Kəşfiyyatçı həyatından bilinməyən səhifələr”, "Rudin” və s. filmlərdə çəkilir.
Dəniz gözlü
Vladimir
Korenev bütün ömrünü bir qadınla yaşayıb. Gələcək həyat yoldaşı Alla
Konstantinova ilə 3-cü kursda oxuyanda tanış olur. Bütün institutun heyranlıqla
vurulduğu gənc oğlan əvvəlcə Allada heç bir təəssürat yaratmır. Ancaq qız
tezliklə Vladimirin nə qədər ağıllı və maraqlı insan olduğunu hiss edir:
ensiklopedik biliyi, heyrətamiz dünyagörüşü vardı, o maraqla nəql edir,
düşündüklərini məntiqlə yazmağı bacarırdı. Alla evlilik təklifini də gəncə özü
edəndə Korenev bu addımı atmağa mənən hazır idi. Nikah mərasimindən sonra
Korenev aktyor kimi həm kinoda, həm teatrda ciddi məşqlərdə iştirak edir.
Tez-tez qastrol səfərlərinə, xaricə çəkilişlərə getsə də, iş gərginliyi ailə
münasibətlərinə təsir edə bilmir. Alla da teatrda ciddi çalışırdı. Ancaq onlar
ailənin isti mühitini qoruyub saxlayırdılar. Qızları İrina da valideynlərinin
sənətlərinin davamçısı oldu. Sonradan hətta bir teatrda çalışırdılar.
Sovet kino sənayesi dağılandan sonra da Korenevin çəkilişləri dayanmadı, yaraşıqlı və istedadlı aktyoru müasir rus rejissorları tez-tez sınaq çəkilişlərinə dəvət edirdi. 2015-ci ilə qədər Vladimir Korenev aktyor ustalığından dərs verərək pedaqoji fəaliyyətlə də məşğul olub. Həmçinin tələbələrinin diplom tamaşalarına rejissor kimi quruluş verib.
Koronavirusun qurbanı
Xalq artisti Vladimir Korenev bir neçə ay əvvəl 80 illik yubileyini qeyd etmişdi. Dubna çayı sahilində, paytaxtdan 100 km aralı meyvə ağacları ilə dolu bağında vaxt keçirməyi çox sevirmiş. Ailə sevincini hər şeydən üstün tutan aktyor "Biz ailəliklə bağ evində dincələndə, çərpələng uçurdanda, axşamlar birlikdə çay süfrəsi ətrafında əyləşəndə mən özümə sual verirəm ki, görəsən, bizdən hansımız daha xoşbəxtik- deyirdi.
Koronavirusa görə aktyorun ailəsi yubileyi dar çevrədə keçirməyi qərara alır. Bununla belə həmkarları və pərəstişkarları aktyoru təbrikə gəlir.
Yanvarın 2-də isə "Amfibiya adam vəfat etdi” başlıqlı yazılar mediada, sosial şəbəkələrdə yayımlanır. Qızı İrinanın sözlərinə görə, Korenev koronavirusdan vəfat edib. Ailə bir neçə gün əvvəl aktyoru ağır vəziyyətdə xəstəxanaya yerləşdirib. "Heyf ki aktyoru xilas etmək mümkün olmadı. Sovet və Rusiya kinosu daha bir sütununu itirdi”- deyə həmkarları təəssüflə bildirir.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova