• çərşənbə, 24 Aprel, 11:16
  • Baku Bakı 13°C

Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşk atılacaq

13.09.13 15:54 1267
Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşk atılacaq
Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.
APA-nın məlumatına görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, hər namizədə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq. Həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq. N. Məmmədov qeyd edib ki, televiziyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.
Efir vaxtının bölgüsü məqsədilə sentyabrın 16-da püşkatma keçiriləcək.
İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə 13 mindən artıq, dairələr çərçivəsində isə 10.776 müşahidəçi qeydə alınıb.
banner

Oxşar Xəbərlər