• cümə, 29 Mart, 18:53
  • Baku Bakı 14°C

Ödənişli təhsil üzrə qəbul planı ləğv olunacaq

25.10.13 08:18 1062
Ödənişli təhsil üzrə qəbul planı ləğv olunacaq
Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparılacaq.
APA-nın verdiyi məlumata görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması da planlaşdırılıb.
banner

Oxşar Xəbərlər