• çərşənbə axşamı, 19 mart, 06:20
  • Baku Bakı 8°C

Demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla “seçkiləri oğurlamaq” istəyirlər

09.08.20 16:45 876
Demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla “seçkiləri oğurlamaq” istəyirlər
ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla "seçkiləri oğurlamaq” istəyirlər.
Bu barədə o, Nyu-Cersidəki mətbuat konfransında deyib.
Trampın sözlərinə görə, demokratların Konqresdəki liderləri Nensi Pelosi və Çak Şumer koronavirusdan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardımı "əllərində girov saxlayırlar”. O, həmçinin demokratların bir sıra təkliflərindən də söz açıb və bu təkliflərin iqtisadiyyatla heç bir əlaqəsinin olmadığını düşündüyünü vurğulayıb.
"Radikal solçular günün mövzusudur”, - deyə Tramp bildirib.
banner

Oxşar Xəbərlər