AZE | RUS | ENG |

Demokratiya və Milli Birlik Günü münasibətilə mitinq keçirilib

Demokratiya və Milli Birlik Günü münasibətilə mitinq keçirilib
Türkiyədə qeyd edilən 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə İstanbulun Atatürk hava limanında ümumxalq mitinqi keçirilib. Mitinq 2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən təşkil olunan və "15 İyul - Demokratiya və Milli Birlik Günü Görüşməsi” şüarı altında keçirilən mitinqə əllərində türk bayraqları tutaq çox sayda insan qatılıb. İştirakçılar Dövlət Qonaq Evinin qarşısında toplaşıblar.
Musiqili proqramla davam edən mitinqdə vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib. Sonra Türkiyə Silahlı Qüvvələrinin "Mehteran” qrupunun konserti olub.
Sonda səhnədə quraşdırılmış ekranda həmin günü əks etdirən qısametrajlı film nümayiş etdirilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946