• cümə axşamı, 28 mart, 23:48
  • Baku Bakı 13°C

“Demokratiya adına aparılan işlər insanları daha dəhşətli bəlalarla üz-üzə qoyub”

08.12.14 10:16 825
“Demokratiya adına aparılan işlər insanları daha dəhşətli bəlalarla üz-üzə qoyub”
Bahar Muradova: “Münaqişə və müharibələr narkomaniyanın və digər problemlərin daha geniş yayılmasına şərait yaradır”
“Əfqanıstan və bu kimi ölkələrdə bu hallarla bağlı faktlar insanı dəhşətə gətirir. Bu ölkədə demokratiya adına aparılan işlər insanları daha dəhşətli bəlalarla üz-üzə qoyub. Bunlardan biri də narkomaniya, narkotik maddələrin becərilməsidir”.
APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini şərtləndirib: Ancaq bu, tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatlar, QHT-lərin birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq bu problemin qarşısını almağa qadirdir”.
Milli Məclisin bu sahədəki problemlərin həlli üçün qanunlar qəbul etdiyini, ictimai müzakirələr təşkil etdiyini vurğulayan B. Muradovanın sözlərinə görə, cəmiyyətin bütün təbəqələrini bu problemlə mübarizəyə cəlb etmək lazımdır: “İlkin mərhələdə narkomaniya xəstəlik, fərdin problemi sayılırsa, sonradan bu, inkişaf edərək cinayətə, həmin şəxs isə cinayətkara çevrilir”.
banner

Oxşar Xəbərlər